Bu gün Azərbaycan Mərkəzi Bankının yaradılmasının 33-cü ildönümüdür. Azərbaycanda makro iqtisadi stabilliyin qorunmasında və güclənməsində Mərkəzi Bankın xüsusi rolu vardır.
TEZADLAR.AZ xəbər verir ki, bunu deputat, iqisadçı-ekspert Vüqar Bayramov sosial media hesabında bildirib.
Onun sözlərinə görə, bu, son illər qlobal bazarlarda volatilliyin artması kontekstindən daha çox hiss edilir.
"Bu arada isə Mərkəzi Bank ən çox şikayət olunan bankların siyahısını açıqlayıb. Hansı banklardan daha çox şikayət olunmasının ictimailləşdirilməsi yaxşı praktikadır. Çünki bu emipirik qiymətləndirmə bankların müştərilər ilə münasibətlərdə daha məsuliyyətli olması baxımından təqdirəlayiqdir. Bu həmin sektorda da müştəri məmunluğunun gücləndirilməsi baxımdan da vacibdir. Bununla belə, bu statistik dəyərləndirmə metodologiyasının da təkmilləşdiriılməsi məqsədəuyğun olardı. Aydındır ki, riteyl bankların işlədiyi müştərilər və təmsil etidyi seqment korporativ bankların çalışdığı sahə və vətəndaşlardan fərqlənir. Bu baxımdan, qiymətləndirmənin riteyl, korporativ və hətta qarışıq banklar üzrə fərqləndirilməsi daha aydın mənzərənin əldə edilməsinə imkan yarada bilər.
Bu günki yubley münasibəti ilə son illər daha da yeniləşən Mərkəzi Bankının bütün əməkdaşlarını təbrik edirik!", - deyə Vüqar Bayramov qeyd edib.
JASMİN