“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb...

 Tezadlar.az xatırladır ki, mərkəzin sosial media platformasında yayılan məlumatda belə qeyd olunur: "...Son günlər internet resurslarında “Rus Evi”nin qanunsuz olaraq mənimsənilmiş rəmzləri ilə yalan məlumatlar və saxta sənədlər yayılıb. Bu cür sənədlər arasında Bakıda “Rus Evi”ndə rus dili kursu keçdiyi deyilən şəxslərin, o cümlədən Azərbaycanın dövlət məmurlarının adları da qeyd olunur. Bu “sənədlər” reallığı əks etdirmir. Sənədlərin saxtalaşdırılması cinayət məsuliyyətinə səbəb olur. Bu saxta məlumatlara məhəl qoymamağınız xahiş olunur. Simvollardan qanunsuz istifadə, sənədlərin saxtalaşdırılması və yalan məlumatların yayılması məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb olur”.

 Yerli mediada vurğulanır ki, Xarici xüsusi xidmət orqanlarının sifarişi ilə çalışan, xaricdə yerləşən “Youtube” kanalı üzərindən son günlər “Rus Evi” adından saxta sənəd hazırlanıb yayılıb. “Məlumat” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə bağlı olub. “Rus Evi” isə son açıqlamasında bu tipli məlumatların yayılması barədə məlumatlı olduğunu qeyd edib və məlumatı təkzib edib. APA isə yazır: "...Belə saxta sənədlər yayan “Youtube” kanalları Almaniyada bağlanıblar. Məlumata görə, hətta Almaniya hüquq-mühafizə orqanları saxta məlumatı tirajlayanlarla bağlı cinayət işi açıb. “Youtube”nin qaydalarına görə də saxta məlumatlar bloklanıb, silinir. Məhz buna görə də “Youtube” bu cür məlumatları silib. Lakin Almaniya hökuməti Azərbaycan xalqına və dövlətinə qarşı informasiya diversiyası aparanları himayə edir. Onları qoruyur və saxta məlumat tirajlamaları üçün şərait yaradır...".

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN