“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var”.
Bu, Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Mansurov Elçin Elşən oğlunun qardaşı Mansurlu Rövşənin mətbuata müraciətindəndir.
R.Mansurlu qeyd edib ki, qardaşı şəhidlik zirvəsinə yüksəlməmişdən öncə işləyirdi və ailəyə baxırdı: “Özüm ali təhsilli tarix müəllimiyəm. Qardaşım rəhmətə getdikdən sonra çarəsiz qalmışıq. Mən günəmuzd işləməklə ailəni dolandırmağa çalışıram. Daimi, rəsmi işim yoxdur.
İşlə bağlı İcra Hakimiyyətinə müraciət etmişəm. Qeydiyyatım Yardımlı rayonuna olduğu üçün orada iş təklif ediblər, amma gedə bilməmişəm. Çünki əmək haqqı çox aşağı idi. Dövlət Məşğulluq Agentliyinə də müraciət etmişəm, hətta qeydiyyata da alınmışam. Oradan da 200-250 manatlıq işlərə yönləndirirlər. Amma mən o məbləğlə ailəmi necə dolandırım? Tək istəyim iş tapa bilmək, ailəmi bu çətin vəziyyətdən çıxarda bilməkdir”.
E.ŞİRİNOV