Üzərində hər hansı etiket məlumatları olmayan mürəbbə və turşu məhsullarının yerdən, divara bitişik şəkildə və birbaşa günəş şüalarının təsiri altında saxlanıldığı məlum olub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlik əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küç, ev 853 ünvanında fəaliyyət göstərən fiziki şəxs Azaqov Elnur Arif oğluna məxsus müxtəlif növ mürəbbə, turşu məhsullarının saxlanılması və satışı müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı müəssisədə 393 ədəd balonda müxtəlif növ istehlak üçün yararsız mürəbbə və turşu məhsulları aşkar edilib.  Üzərində hər hansı etiket məlumatları olmayan mürəbbə və turşu məhsullarının yerdən, divara bitişik şəkildə və birbaşa günəş şüalarının təsiri altında saxlanıldığı məlum olub. İstehlak üçün yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub. 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Qeyd edək ki, zəhərlənmələr arasında ən çox qida zəhərlənmələri geniş yayılmışdır. Qida zəhərlənmələri bir çox hallarda çirklənmiş qida məhsullarının təmiz yuyulmamasından, lazım olan temperaturda qorununb saxlanılmamasından, düzgün hazırlanıb saxlanılmamış konservləşdirlilmiş məhsullardan, həddindən artıq kimyəvi gübrələrdən istifadə edərək yetişdirilən tərəvəzlərdən yeyərkən baş verir.  Qida zəhərlənmələri bəzən insanın həyatını itirməsinə də gətirib çıxarır. 

Xatırladaq ki, qida zəhərlənməsi ilə bağlı bu ilin 9 ayı ərzində AQTA-ya  301 müraciət daxil olub ki, onlardan 106-nın qida zəhərlənməsi olduğu müəyyən edilib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN