Qazaxıstanın Baş naziri Əsgər Mamin respublikada maye yanacağın qiymətinin aşağı salınması üçün tədbirlər görəcək

xüsusi komissiya yaradılması barədə göstəriş verib.

Bu barədə yanvarın 3-də hökumətin mətbuat xidməti məlumat yayıb.

 “Rəqabətin Mühafizəsi və İnkişafı Agentliyi yanacaqdoldurma məntəqələrinin sahibləri ilə bağlı qiymət sövdələşməsinə görə araşdırmaya başlayıb”, - deyə məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, komissiyanın işinin məqsədi - qazın 1 litri üçün qiymətini 120 təngədən 85 - 90 təngəyədək ( təxminən 34 - 46 qəpiyə ) endirməkdir.

Xatırladaq ki, Qazaxıstanda  qazın qiymətinin bahalaşması  (120 təngəyə qaldırılmasına) əleyhinə  keçirilən etiraz aksiyaları,  yanvarın 2-də Manqistau vilayətinin Janaozen şəhərində başlayıb. Lakin regionun digər şəhərlərində də etiraz aksiyaları keçirməyə qalxıblar. Etirazçılar yanacağın qiymətini yarıyadək endirməyi tələb edirdilər.

Yanvarın 3-də Alma-Atanın mərkəzi  hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanıb, həmçinin ərazidə internet də kəsilib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN