Bakıda şəhər daxilində torpaq bazarında təkliflərin sayı azalıb.

Bu barədə trend-ə "MBA Consulting Group" şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

O bildirib ki, Bakı şəhəri daxilində satışda olan torpaq sahələri azalıb. "Şəhər daxilində torpaq sahələrinin böyük əksəriyyəti satılıb, istifadə edilib. Hazırda şəhər daxilində satışda torpaq sahələri xeyli azalıb ki, bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olub", - deyə N.İbrahimov bildirib.

Qeyd edək ki, ötən ay, yəni 2021-ci ilin dekabr aydında Bakıda torpaq sahələrinin qiyməti 7,12 faiz bahalaşıb. Bir sot torpağın orta qiyməti 18 446 manat təşkil edib və satışa çıxarılan torpaq sahələrinin orta sahəsi 22,81 sot olub.

Xatırladaq ki, son onilliklərdə paytaxtda başlanan tikinti bumu nəticəsində, əsasən tikinti şirkətləri mərkəzdə bir qarış belə boş torpaq sahəsi qoymadılar. Nəinki boş torpaq sahəsində, avtomobil dayanacaqlarının, binaların, "şəhərin infrastrukturuna xələl gətirir" deyərək sökülən məhəllələrin də yerində uca göydələnlər tikildi. Onlara bu işdə "yaşıl işıq"yandıranlar da az olmadı. Bundan başqa, mərkəzdə şəxsi evlərin tikintisi də xeyli boş torpaq sahəsinin itirilməsinə səbəb oldu. Torpaq sahəsi isə tükənməz deyil... Beləliklə, həm ilbəil boş torpaq sahəsi tükəndi, həm də torpağın qiyməti bahalaşdı.

Və bu tikinti acgözlüyü, pul hərisliyi onsuz da paytaxtın bir çox ərazilərində, əsasən mərkəzdə dar olan küçələri daha da keçilməz etdi. Təbii ki, əhalinin sıxlığı daha da artdı. Sakinlər də harda gəldi tikilən bu binalar sayəsində - yollardakı tıxaclarda uzun müddət zamanlarını itirirlər, həm də ömürlərini...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN