Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.
Baş nazir Əli Əsədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən Aİ-92 oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.
Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.
Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.
Bu qərar 2022-cu il 1 fevral tarixindən tətbiq olunacaq və iyunun 1-dək qüvvədə qalacaq.
E.ŞİRİNOV