İspaniyada əmək paradoksu yaşanır.

Avropa İttifaqı ölkələrində gənclər arasında işsizlik göstəricisi üzrə liderlik edən bu ölkədə həmin göstərici 13 faizdən çoxdur, yəni Aİ üzrə isə orta göstəricini iki dəfə ötür. Milli şirkətlər müəyyən vakansiyaları doldurmaqda çətinlik çəkirlər.

TEZADLAR.AZ xəbər verir ki, “Randstad Research”in hesabatına görə, İspaniyada hər il təqribən 109 min vakansiya boş qalır, şirkətlərin 55 faizi isə muzdlu işçilərin cəlb edilməsində çətinliklə üzləşirlər. Lakin proqnoza görə, yaxın illərdə milyondan çox belə təklif baxılmamış qalacaq.

Milli bazarda problemlərlə qarşılaşan, xüsusən tikinti və nəqliyyat sektorlarında işçi çatışmazlığından əhəmiyyətli şəkildə əziyyət çəkən şirkətlər ölkə hüdudlarından kənarda, məhz Kolumbiya, Braziliya, Kuba, Peru, Mərakeşdə işçi qüvvəsi axtarışındadırlar.

2021-ci ilin sonunda İspaniya hökuməti müqavilələrin bağlanılması qaydasına dəyişiklik edib ki, bu da əcnəbi işçi qüvvəsinin ölkənin kənd yerlərinə gəlməsini asanlaşdırmaq məqsədi daşıyır.

IT sahəsinə gəlincə, “Adecco Group” institutunun direktoru Havyer Blaskonun sözlərinə görə, burada proses əks istiqamətdə cərəyan edir. Beləliklə, İspaniya Avropada proqramçılar üçün fabrikə çevrilir.

AZƏRTAC

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN