1995-ci ildə yarandığı gündən ABŞ - Azərbaycan Ticarət Palatası Azərbaycanla uzunmüddətli işgüzar əlaqələr qurmaq istəyən
Amerika şirkətləri üçün mühüm resurs oynamaqla, 500-ə yaxın üzv şirkəti və iqtisadiyyatın bütün sektorlarından olan müxtəlif biznes qruplarını təmsil edir.
Bunu ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov bildirib.
USACC iki ölkə arasında işgüzar və ticarət əlaqələrinin təkmilləşdirilməsi üçün əsas körpü olmaqla kənd təsərrüfatı, tikinti, informasiya texnologiyaları, alternativ enerji və turizm kimi digər sektorlara investisiyaların təşviqini həyata keçirir.
Eyni zamanda, Azərbaycan və ABŞ arasında ikitərəfli iqtisadi əlaqələri və layihələri təşviq etməklə yanaşı, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi vasitəsilə ABŞ-da Azərbaycan haqqında daha geniş məlumat yayır və Azərbaycanın ümumi inkişafına təsir edə biləcək qeyri-kommersiya xarakterli layihələri müəyyən edərək həyata keçirir.
Y.MƏMMƏDLİ