Bu ilin aprelində son dörd ilin rekordu olub
2022-ci ilin aprel ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 136,6 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-aprel aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 686,3 milyon manatlıq əməliyyat aparıblar.
Bu barədə İİKTM-nin “İxrac İcmalı”nın may ayına olan sayında qeyd edilib.
***
Qeyd edək ki, 2022-ci ilin yanvar-mart (3 ay ərzində) aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 549.7 milyon manatlıq əməliyyat aparıblar.
Ötən ilin martında bu göstərici 93.2 milyon manat, yanvar-mart ayında 277.6 milyon manat təşkil edib, bu da illik müqayisədə müvafiq olaraq 1.7 dəfə və 2 dəfə artım deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin aprel ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 64 milyon manat təşkil edib. İl ərzində bu əməliyyatlar 1,3 mlrd manat həcmində olub.
2020-ci ilin aprelində isə bu rəqəm 19,7 mln-dək enib. Əcnəbilər il ərzində kartlar vasitəsilə cəmi 430,2 mln manatlıq pul xərcləyiblər.
2019-cu ilin aprel ayında isə əcnəbilərin kartlar vasitəsilə 103,2 mln manatlıq xərcləmələri olub - il ərzində isə 1,3 mlrd manatlıq.
Göründüyü kimi, 2019 və 2021-ci illərdə əcnəbilərin ölkəmizdəki pul xərcləmələrinin (kartlarla) həcmi eyni olub – 1,3 mlrd manat.
Lakin son 4 il ərzində 2022 - ci ilin aprelində daha çox pul xərcləmələri (kartlarla) olub - 136,6 mln manat.
Y.MƏMMƏDLİ