Kommersiya abonentləri üçün qazın pulu qaldırıldı.

Gürcüstanda 2022-ci il iyulun 1-dən etibarən kommersiya abonentləri üçün 1 m3 təbii qazın qiyməti 25 tetriyədək bahalaşacaq. 

Tezadlar.az xəbər verir ki, bu barədə “SOCAR Georgia Gas”, "Tbilisi Enerji", "Telavgaz", "Sakorggaz" və "Inter Gaz" şirkətlərinin rəsmi məlumatında qeyd olunub. Yuxarıda qeyd olunan şirkətlər bahalaşmaya son vaxtlar dünya bazarında təbii qazın qiymətinin kəskin artmasını, həmçinin artım tendensiyasının hələ də davam etməsini səbəb gətiriblər. Yeni tariflərə əsasən, iyulun birindən etibarən “SOCAR Georgia Gas” kommersiya abonentləri 1 m3 təbii qaz üçün 1.15 tetri əvəzinə 1,38 tetri ödəməli olacaqlar. "Tbilisi Enerji" kommersiya abonentləri isə 1 m3 təbii qaz üçün 1.10 tetri əvəzinə 1.35 tetri ödəməli olacaqlar.

Qeyd edək ki, “SOCAR Georgia Gas”, "Telavgaz", "Sakorggaz" və "Inter Gaz" şirkətləri kommersiya abonentləri üçün qazın qiymətini ən son 2021-ci il dekabrın 1-də, "Tbilisi Enerji" isə 2020-ci ilin 3 yanvar tarixində bahalaşdırmışdı.

24 news.ge

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN