Afrikanın nüfuzlu “Afrikecomomy” nəşrində və Əlcəzairin “Əl Hivar”, “Əl Hərir” portallarında Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi barədə məqalə dərc edilib.

Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə COVID-19 pandemiyası ilə əlaqədar ikiillik fasilədən sonra keçirilən sərginin əhəmiyyətindən bəhs olunub. Müəllif diqqətə çatdırıb ki, Azərbaycan müstəqillik illərində neft-qaz sektoruna ciddi sərmayələr cəlb edib və daxili tələbatı təmin etməklə yanaşı, region ölkələri və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb. Ölkəmiz daim Xəzər dənizinin əməkdaşlıq və investisiya mərkəzinə çevrilməsinə çalışıb, bu məqsədlə nüfuzlu energetika şirkətləri ilə birgə nəhəng layihələr həyata keçirib. Azərbaycan neftinin və təbii qazının dünya bazarlarına çatdırılması üçün böyük boru kəmərləri inşa edilib, Cənub Qaz Dəhlizi kimi nəhəng layihə reallığa çevrilib.

Məqalədə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələri barədə ətraflı məlumat verilib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN