Rusiyada inflyasiyanın davamlı yavaşlaması haqqında danışmaq hələ tezdir, tezliklə inflyasiya təzyiqi arta bilər.
“Rublin əhəmiyyətli dərəcədə möhkəmlənməsi, istehlak aktivliyinin azalması və inflyasiya gözləntiləri ilə birlikdə aprel-may aylarında istehlak qiymətlərinin artımının sürətlə azalmasına gətirib çıxardı, lakin bunu stabil hesab etmək hələ tezdir”.
Bu barədə Rusiya Bankının Tədqiqat və Proqnozlaşdırma Departamentinin bülletenində bildirilir.
Həmçinin Rusiya Mərkəzi Bankının analitikləri xəbərdarlıq edirlər ki, tezliklə inflyasiya təzyiqi yeni təchizatçıların və təchizat zəncirlərinin axtarışı kontekstində istehsalçılar üçün artan xərclərin, habelə idxalın az olması səbəbindən yerli istehsalçıların məhsullarına tələbatın artmasının təsiri altında arta bilər.
Agentlik 2024-cü ilə qədər inflyasiyanın 4%-ə qayıdacağını təxmin edir.
Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin ilkin hesablamalarına görə, bu il Rusiyada ümumi daxili məhsulun (ÜDM) azalması təxminən 20,7% inflyasiya ilə 8,8%-dən 12,4%-ə qədər olacaq.
Bu barədə Hesablama Palatasının rəhbəri Aleksey Kudrin bildirmişdi.
Kudrinin sözlərinə görə, Rusiya regionlarının iqtisadiyyatı yaxın gələcəkdə sanksiyalara görə çox differensiallaşacaq.
Y.MƏMMƏDLİ