ABŞ Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini 0,75 faiz artırıb...
Bu barədə FED-in press-relizində açıqlanıb. Belə ki, uçot dərəcəsi 1,50 %-ə qaldırılıb. İnflyasiya proqnozu isə 4,3%-dən 5,2%-ə qaldırılıb.
Qeyd edək ki, may ayında xarici mətbuatda yayılan xəbərlərə görə, ABŞ Mərkəzi Bankının sədri Cerom Pauellin ötən 40 ilin maksimumuna çatan inflyasiya göstəricisi ilə mübarizə məqsədilə 1990-cı ildən bəri müşahidə olunan ən sərt faiz artımına hazırlaşdığı bildirilirdi.
Bəzi qurumlar iyun ayında həyata keçiriləcək iclasda isə 75 faiz bəndi artım proqnozlaşdırırdı.
Və proqnozlar özünü doğrultdu - FED son 28 ildə (1994-dən) ən yüksək faiz artımına getdi...
Y.MƏMMƏDLİ