2022-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 571 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 142 obyekt daha çoxdur.

TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verib.

Məlumata görə, 2022-ci ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin may ayı ilə müqayisədə 71 obyekt çoxdur.

2022-ci ilin may ayında Türkiyədə 122 min 768 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 107 faiz çoxdur.

Digər ölkə vətəndaşları may ayında Türkiyədən 5 min 962 əmlak alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN