“Əmək münasibətləri və məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib.

TEZADLAR.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istifadəyə verilən bu altsistem barədə iqtisadçı ekspert  Anar Bayramov KİV-ə fikirlərini bildirib.

Ekspertin sözlərinə görə, əmək və məşğulluq sahəsində islahatların yeni mərhələsinə keçidi təmin edən ƏMAS altsisteminin tətbiqi ilə işəgötürənlər bir sıra mühüm yeniliklərdən istifadə imkanı qazanıblar.

O, qeyd edib ki,  ƏMAS altsistemin tətbiqi ilə işəgötürənlər əmək müqaviləsinin elektron formada hazırlanmasını həyata keçirə biləcəklər  və gələcəkdə həmin əmək müqavilələrinin işçi tərəfindən elektron imza ilə təsdiqinə imkan yaradılacağından müqavilələrin çap edilərək imzalanmasına ehtiyac yaranmayacaq.

A.Bayramov daha bir önəmli yenilikliyin isə əmrlərin də elektron formada hazırlamasının mümkün olacağında  görür.

“Hazırda platformada təkcə əmək müqaviləsinə xitam əmrini elektron formada hazırlamaq olur. Gələcəkdə işə qəbul, əmək məzuniyyəti və əmək münasibətlərinə aid digər əmr formalarının elektron qaydada hazırlanması mümkün olacaq. Xitam əmri ilə bağlı diqqətçəkən dəyişiklikdən biri odur ki, ƏMAS altsistemi işəgötürənə gələcək tarixlər üçün əmr imzalanmasını platformada həyata keçirmək hüququ verir”, - deyə Anar Bayramov vurğulayıb

Və sonda o, vacib dəyişikliyin birinin isə əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitamla bağlı işəgötürənlərə qeydiyyat (qaralama) variantının təqdim edilməsi ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, Dövlət Vergi Xidmətinin elektron qaimə-fakturanın təqdim edilməsi zamanı həyata keçirdiyi yeniliyin ƏMAS altsistemində tətbiqi nəticəsində işəgötürən əmək müqaviləsini imzalamazdan öncə sənədin qaralama variantını hazırlamaq imkanına malik olur və beləliklə, sənədin üzərində dəyişikliklər etmək imkanı qazanan işəgötürən gələcəkdə baş verə biləcək texniki səhvlərdən sığortalanmış olur.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN