Xətai rayonunun N.Əliyev küçəsindəki mənzillərin birindən 38.750 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Tezadlar.az DİN-nin rəsmi saytına istinadla bildirir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğun həmin mənzildə xadimə işləyən Ləman Cahangirova tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Araşdırmalarla xadimənin ötən il dekabrın 28-dən cari il fevralın 14-nə dək olan müddətdə həmin mənzildə ev sahiblərinə məxsus seyfdən, gizli saxlanc yerindən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38.750 manatı gizli yolla talaması müəyyən olunub. Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.
L.Cahangirova şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
*** 
Bəli, vətəndaş izzət göstərib, inanıb və etibar edib. Amma bu etibar və insaflılıq ona 38 min manat 750 manata başa gəlib. Sonra da deyirlər ki, bekar, kimsəsiz, arxasız qadınlara iş vermirlər... Niyə vermirlər?! Məhkəmə yəqinki ən azı 3-4 il iş verəcək!
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN