«Hər il milyardlarla məbləğ silahlı qüvvələrə  xərclənir. Təhsilin və tibbin sivil inkişafına,    onun güclənməsinə də milyardlar tapılsaydı,     terrora yer qalmazdı». Sergey Kapitsa, “V Mire nauki” jurnalının baş redaktoru, Rusiya EA vitse-prezidenti.    

     …Uzun illərdir siyasətçilər, hüquqşunaslar və  BMT-nin təşkilatları terrorizmin mənbəyinin, onu doğuran səbəb və şəraitin öyrənilməsinə çox vaxt sərf edirlər. Amma sosial-iqtisadi və dini səbəblərdən, habelə siyasi məqsədlərdən meydana çıxan mütəşəkkil cinayətkarlığın xüsusiilə  təhlükəli növünün qarşısını almaq hələ ki, mümükün olmamışdır.

 Terrorçu- hər hansı bir formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və ya icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirilməsinə bilə-bilə yardım göstərən fiziki şəxs hesab olunduğundan, onun əməlinin eskalasiyasının və təhlükəlilik dərəcəsinin vahiməsini dərk etmək çətin deyil.

Terrorçuluq- faşist rejiminin formalaşdığı bir hakimiyyətdə mövcud olur, dövlət zor aparatını saxlamaq və onun “səmərəli” fəaliyyəti üçün  arzuolunmaz məqsədindən istifadə edir.

Tarixə nəzər yetirsək, 1864-cü ildə ABŞ-ın cənub ştatlarında köləlikdən azad olunmuş qara dərili əhaliyə qarşı yaradılan ”Ku-Kluks- Klanı(KKK)”in- terrorçu təşkilatın fəallaşmağa başlaması da təsadüfi deyildi. ABŞ-da törədilən 11 sentyabr terror hadisəsinin törədilməsinə təsir edən səbəblər olub. Həmin ərəfədə ərəb millətinə mənsub, Nobel mükafatı laureatı Nəcib Məhfuz üzünü qərbə tutaraq demişdi: “İslam dininə mənsub insanları təqib etməklə terrorun qarşısını almağa müvəffəq ola bilməzsiniz. Bu ağır cinayətin səbəblərini özünüzdə axtarın”.

 Bu mənada, belə cinayətlərin törədilməsinə təsir edən səbəb və şəraitin öyrənilməsinə  kriminologiya elmi müəyyən mənada aydınlıq gətirir, terrorun ayrı-ayrı növləri obyektiv olaraq tədqiq edilir. Burada səbəb və nəticə fəlsəfi mahiyyət kəsb etsə də nəticənin hasil olması üçün ”səbəb” qanunauyğun şərait yaradır.

***

1990-cı ildə BMT-nin Havanada keçirilən 8-ci beynəlxalq konqresində terrorrorçuluğun xəbərdarlığına və qarşısının alınmasına yönələn  aşağıdakı əsas səbəblər irəli sürülmüşdü:

-Yoxsulluq və işsizlik halları, mənzil şəraitinin olmaması, təhsil sisteminin qeyri-təkmil olması, savadsızlıq və kadrların hazırlıqsızlığı faktları, bacarıq və qabiliyyətin zəifliyi, həyati perspektivlərin yoxluğu.

Bura bəzi ölkələrdə cəmiyyətin parcalanıb qütblərə bölünməsi, sosial bərabərsizlik halları, ailədə sosial vəziyyətin zəifləməsi, habelə ailədə tərbiyənin, cəmiyyətdə mədəni davranışların aşağı səviyyədə olması, miqrasiyanın neqativ nəticələri, mədəni keyfiyyətlərin itməsi, KİV-də yad ideya və baxışların yayılıb təbliğ olunması və s. daxildir.

terror

Terrorrorçuluğun xarakterik çəhətlərindən biri də xalqın düşmən axtarışında olması, narkomaniyanın miqyasının genişlənməsi və narkobiznesin böyük gəlir şəbəkəsinə çevrilməsidir. Bu mənada, terrorçuluq xalqın yoxsul və savadsızlıq şəraitində  yaşadığı, vətəndaş qarşıdurmasının mövcud olduğu ərazilərdə daha tez meydana gəlır. Bura narkomanlığa və narkobiznesə meydan verilən yerləri də aid etsək, narkotik maddələrin qanunsuz dövriyyəsi nəticəsində əldə edilən gəlirin terorrorçunun vahiməli fəaliyyətinə necə təsir edəcəyinin şahidi olarıq.

Dünyanın hüquq ədəbiyyatında terrorizmin aşağıdakı qlobal səbəbləri də qeyd edilir:

A)Sosial – iqtisadi;  b) siyasi və c) dini səbəblər.

Sosial –iqtisadi səbəblər aşağıdakı əlamətlərlə xarakterizə olunur;

-Əhalinin həyat səviyyəsinin aşağı düşməsi və sosial-psixoloji faktorların təsiri nəticəsində həyata olan nifrət hallarının artması;   

  • Sosial və professional qrupların hərbi təcrübəyə və hərbçi peşəyə malik hissəsinin böhranlı vəziyyəti;
  • Qiymət artımı, inflyasiya ;
  • Bazar iqtisadiyyatı şəraitində şəxsiyyətin oriyentasiyasını itirməsi, hara istiqamət götürmək, hara yönəlmək – bu ucsuz-bucaqsız bilinməzlikdən qurtulmaq yolunu tapa bilməməsi;
  • Əhalinin odlu silah əldə etməsi üçün imkanın genişlənməsi, daha çox vətəndaş qarşıdurması olan ölkələrdə bunun baş verməsi ;
  • KİV-də yad ideya və baxışların yayılması, təbliği ;
  • Əhalinin terrorçulara qarşı güc tətbiq edə bilməməsi, zəiflik intuisiyaların reallığa çevrilməsi.

 Beynəlxalq qurumlarda və dövlət daxilində baş verən terrorrdan fərqli olaraq siyasi terror halları daha çox diqqət çəkir. Ələlxüsus:

  • Hər hansı bir regionda iki dövlət arasında siyasi və mənəvi maraqların toqquşması,
  • Dövlət daxilində siyasi münaqişələrin gərginliyi, onun nizama salına bilməməsi,
  • Milli ideologiya və siyasətdə naşılıq, kobud səhvlər, azsaylı xalqların maraqlarına hörmətsizlik və ya onları diqqətdən kənarda saxlama, fikirlərini nəzərə almama,
  • Hakim partiyanın mövcud cəmiyyət üçün sosial- siyasi yenilikləri, adət-ənənələri tapdalayaraq, ona yad yenilikləri aşılamağa məcbur etmə;
  • Ayrı – ayrı şəxslər, qruplar və partiya tərəfindən milli ədavəti qızışdıran məqsədyönlü iş aparma, “vəhhabilər hərəkatı”, “hizbuttəhrir”, “İslam dövləti”, “Taliban” və s.
  • Başqa dövlətin suverenliyinə qarşı aqressiyanın silsilə ilə terror aktlarının davam etməsi- mühüm obyektlərin partladılması, yandırılması və s.
  • Əcnəbi dövlətlərin fəaliyyətindən narazılığını terrorla ifadə etmə(əvvəlcə hakimiyyət nümayəndələrinə, müəssisələrinə, təşkilatlarına, sonra dövlətə qarşı. ABŞ, Ərəb dövlətlərinə qarşı- Suriya, İraq, Misir və Koreya).
  • Dövlət siyasəti səviyəsində terrorçuların rəğbətləndirməsi-maliyyələşdirilməsi-Liviyada, İraqda, Əfqanıstanda olduğu kimi.
  • iran-2-1

  Dini səbələrə aid olan faktorlar:  

Son zamanlar dini dözümsüzlük və dini fanatizm halları çox geniş yayılmışdır. 1990-cı illərin başlanğıcında sovet rejimi dağıldıqdan  sonra İslam ölkələrində  mədrəsələrin, məscidlərin sayı həndəsi  silsilədə olduğu kimi artmağa başladı. Dini məktəblərin artımı kriminal olay sayılmasa da,kriminal əməllər üçün şərait yaradır. Amma hamıya qaranlıq qalan sualların cavablarının diqqət çəkməməsi başqa cür narahatlığa səbəb olur. “Orada nə tədris olunur, hansı ideyalar təbliğ və təlqin edilir? Niyə İlahiyyat adlanan dini (mənəvi) obyektlərin fəaliyyət istiqamətlərinə nəzarət yoxdur? Mədrəsələrdə təhsilin aşılandığı dairədə “Kimin olması” niyə diqqət çəkmir? Onların ailə tərkibi və keçmişi barədə niyə dövlət maraqları çərçivəsində müvafiq arayış əldə edilmir, hazırlanmır? Və s.və i.a.“

1990-cı illərdə mədəni işcilər adı altında çox müsəlmanlar Səudiyyə  Ərəbistanında və digər ərəb ölkələrində təhsil alanlar, məhz xüsusi  xidmət dairələrinin nəzarəti altında  “vahhabizm” və “hizbuttəhrir” ideyalarına yiyələndilər.

“Terrororçuluğun psixologiyası” kitabında D.V.Olşanskiy yazır: “Terror fanatizmlə xarakterizə olunduğundan xüsusilə təhlükəlidir, onunla mübarizə hamılıqla aparılmalıdır... ”

Fanatizmin isə siyasi, ideya və dini növləri var. Bu sırada ən qorxulu və ən təhlükəli növü dini fanatizmdir. Mütləq inam və ideyaya əsaslanan bu fanatların inamına görə “inanmayanların”, “etibarsızların” öldürülməsindən sonra qatil cənnətə daxil olur. Bu, inananların uşaqlıq düşüncələrinə həkk olunur, məktəblərdə və mədrəsələrdə davam edir və bu ideya ilə də böyüyürlər. Ona görə belələri qorxmadan ölümə  gedirlər, burada qadın şəhidlər də az olmur.

Terrorun sübyektləri arasında təhsili olmayanların və ya, az təhsili olanların ələ alınması, onları şəbəkənın dəhlizində gərginlik içində saxlamaq asan olur. Hazırda terrorçuların sırasında diplomluların sayı da az deyil. Savadlılar və sivil düşüncə sahibləri demək olar ki, yoxdur.

***

“Terrorçular hələ uşaq bezində ikən proqlamlaşdırılırlar”. Bunu həkim psixiatr A.Dobroviç yazır. (bax. İzvestiya qəzeti, 2005-ci il 13 sentyabr )

Bu insanlar mifləşmiş bir mühütdə böyüyüb tərbiyə alırlar. “Özününkülər” xeyirin tərəfində, saf və təmiz insanlardır. “Özgələr”  isə şərin tərəfdarlarıdır, təmizlikdən uzaq, qaranlıq aləmin sakinləri sayılırlar.

“Özününkülər” ətrafının nəzərində xeyirin tərəfində olduğu üçün qatil sayılmırlar. Onlar təmiz, şölə saçan alovdurlar. Şəhid olmaq istəyənlər üçün qarşıdakı ölüm, ölüm sayılmır. Cənnətdə əbədi yaşayacaq bir insan kimi gözünü qırpmadan məqsədə doğru inamla gedirlər. Doğmaları ilə bəzən vidalaşanda,”nə vaxtsa cənnətdə görüşərik”, -deyib  ayrılırlar.

Psixoloqların fikrinə görə, “Terrorçu axmaq da olmur, -  uşaq ikən zombiləşmiş insana çevrilırlər”, - fikirini səhih mənbə sayırlar.

Ona görə, dinin fanatik aləmində “etibarsızların öldürülməsinə görə” cənnət mifinə güclü inam var. Cənnətdə 14 -18 yaşda olan yeniyetmə və gənclərə 72 gözəl hurilərin xidmət edəcəyi cəmiyyət vəd edilir. ”Bu fani dünyada istədiyin bir nəfərlə nikaha  daxil olmaq üçün olmazın çətinliklərlə üzləşməli olursan”, -düşünüb daşınırlar.

Bəzi avropalı alimlərin fikirlərinə görə güya müsəlman aləmində teroru pisləyəcək, onu lənətləyəcək bir ilahiyyatçı lider yoxdur. Amma bu yazıqlar islamın hərfi mənasının; əmin- amanlıqdan, xeyirxahlıqdan və sülhdən ibarət olduğundan bixəbərdirlər. Axı, İslam hər cürə zorakılığın əleyhinədir!

 Fikir ayrılıqları və ziddiyətlər xristianlar, katoliklər və protestantlar arasında da həmişə olub və olacaq. Amma hamılıqla tanınan dinlərdə Allahın vahidliyi və böyüklüyü inkar olunmur. -Allahdan başqa İlah yoxdur, -fikri təkzib olunmur. İlahi kəlamlarda isə insanlığa yad münasibətlər küfr və günah sayılır.

 Əlbəttə, terrorizmin meydana gəlməsi, onu doğuran səbəbləri təkcə yoxsulluq “bermudunda” axtarmaq sadəlövhlük olardı. Hər yoxsul terrora başlasaydı, yəqin ki, yer üzündə heç kim qalmazdı.

Terrorun ləğvi üçün əsas amil sivil təhsil sisteminin gərək olmasıdır. Birinci sinifdən başlayaraq uşaqlara aşılanan tərbiyə və ideologiyada əzazillikdən və ətrafına qarşı amansızlıqdan uzaq olmaq, həsəd və paxıllıqdan çəkinmək, şəhvət düşkünü olmamaq, dövlətə və vətənə sədaqət  ruhunda tərbiyələnmək əsas faktorlar kimi gələcək nəslin alturist insan olacağına əminlik yaradır.

 Xeyirin və şərin nə olduğu uşaq yaşlarından təlqin edilməlidir. Uşaq xeyir və şərin həm yaxşı, həm də zərərli tərəfini anlamalıdır.

Bəzi ölkələrdə güc strukturlarının kadr heyəti qərbin xüsusi xidmət sahələrinin hazırladığı “layihələr” əsasında istiqamətlərini  dəyişib müxalifətdə durmağa önəm verirlər. Kadrların hazırlanmasında xalqa və dövlətə inam, xidmətinə və vəzifə fuksiyalarına sədaqət, tabeliyində olduğu rəhbər heyətə etimad istiqamətində ideoloji kurslar yoxdur. Bu çox vacib məsələdir. Terrorçuluğa qalib çıxmaq üçün onu doğuran səbəblərin ləğv edilməsinə ehtiyac var. Təkcə sosial həyatın və rifahın yaxşılaşdırılması ilə bu hadisələrin qarşısını almaq sadəlövhlük olardı.

 Gənclərin cəmiyyətimizə yad dini ekstremizm təsirlərindən uzaqlaşdırılmasına səmtlənən kompleks tədbirlər həyata keçirilməlidir. Hamiya bəlli olmalıdır ki, bizə qısqanclıqla yanaşan, Azərbaycanın dünyada və regionda artan nüfuzunu bloklamaq istəyən ölkələr böyük məbləğdə vəsaitin hesabına gəncləri öz şəbəkələrinə cəlb edə bilirlər. Siyahıda KİV nümayəndələri və digər sahələrdə əmək fəaliyyəti ilə məşğul olanlar da var. Onlar düşmənə sərf edən məlumatları əldə edib toplayır, müəyyən “məvacib” qaydasında şəbəkənin himayədarlarına ötürürlər.

Yuxarıda qeyd etdiyim kimi terrorçular beşikdə  hazırlanır və yeniyetmə çağlarında təlimatlandırılırlar. Necə deyərlər, yumşaq metalla istədiyin fiquru hazırlamaq mümkün olduğuna görə dövlətimizin vətəndaşları da terror baxışlarının cilovuna düşməmək üçün  patriotizm ruhu ilə formalaşmalı, bizə xas əxlaq normaları ilə tərbiyələnməli, dövlət siyasətinə inamla yaşamalı, milli və ümüminsan dəyərləri ilə bütövlənməli və bülövlənməlidir ki, ələ alınmasınlar. Belə heyrət doğuran nəticələr şablon şüarlarla yox, yalnız keyfiyyətli təhsil sisteminə malik siyasi ideologiya  ilə əldə etmək mümkün olacaq.

Yəni, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələbinə görə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlıqlarına zərər vurulması, habelə əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, həmin məqsədlə bu cür hərəkətləri törədiləcəyi ilə hədələməyə görə şəxs 14 ilədək müddətə azalıqdan məhrum etmə ilə cəzalandırılır.

hebs

Azərbaycan Respublikasının CM-nin 214-cü  maddəsində ehtiva edilən terrorçuluq ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər fəslinə aid edilir.

 Eyni əməllər qabaqcadan əlbir olub bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik və ya təkrar odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə, digər ağır nəticələrə səbəb olduqda 10 ildən 14 ilədək, sonrakı sanksiya isə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhkum etmə ilə cəzalandırılır.

***

 Öncədən deyim ki, əhali arasında vahimə yaratmaq, yaxud hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərən (göstərmək istəyən), insanların həlak olması ilə davam edən xüsusilə ağır, mütəşəkkil bir dəstənin subyektinlərinə 10 ildən 14 ilə qədər və ya 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqi yüngüldür. Maddənin birinci hissəsində 10 ildən 14 ilə qədər yox, 14 il azadlıqdan məhrum etmə ilə, sonuncu 214.2.5 bəndinə isə 14 ildən 20 ilədək azadlıqdan məhrum etmə yox, 20 il azadlıqda məhkum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır-ifadəsi işlədilməlidir.Cəzanın aşağı həddi ilə yuxarı hədd arasında 4,6 il boşluq var.O boşluqdan cəzanın tətbiqi zamanı başqa maraqlar üçün istifadə edilə bilər...

“İldən”,” ilədək” ifadələri CM-dən götürülməli, imperativ qaydada “14 il”, “20 il” və “ömürlük” azadlıqdan məhrum etmə ilə cəzalandırılır,- olmalıdır.

Belə cinayətlər qəsdən törədildiyindən və öncədən hazırlıqlar görülərək, xüsusilə təhlükəli əməlin nəticəsini də arzulandığından (hərəkət və hərəkətsizlik) cəzanı ağırlaşdırır.

(Ardı var...)

Şəmsəddin Əliyev,

Ehtiyatda olan polis polkovniki,

hüquqşünas

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN