Polis narkotacirlərə qarşı var gücü ilə mübarizə aparır, amma nə sirdirsə, onların nə özlərinin kökü, nə də əməllərinin ardı kəsilmir.
Budur, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. DİN məlumat yayıb ki, əmƏməliyyat nəticəsində Elnur Əsədov və onun başçılıq etdiyi dəstənin daha 7 üzvü tutularaq istintaqa təqdim edilib. Araşdırmalar zamanı Elnur Əsədovun sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşının göstərişi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan dəstə yaratdığı müəyyən olunub. Əməliyyat-texniki tədbirlər nəticəsində Elnur Əsədovun İran vətəndaşı ilə narkotik vasitələrin alqı-satqısı nəticəsində yaranan əlaqələri sübuta yetirilib. Həmin şəxsin evinə və avtomobilinə baxış zamanı 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib...".
 Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçiridkləri digər əməliyyatlar zamanı isə Binə və ətraf ərazilərdə 5 evdən, mağazadan, həmçinin Hövsan qəsəbəsində 9 avtomobildən oğurluq edən İlqar Zamanov və Fuad Qasımov da saxlanılıblar. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir. 3-cü Polis Şöbəsinin əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 26 nəfər tutularaq istintaqa təqdim edilib.
Bəli, mübarizə var, nəticə yoxdur. Niyə yoxdur? "Təzadlar" Dövlət Statistika Komitəsinin rəsmi informasiya bazasına istinadla bildirir ki, bu gün həbs edilənlərin, barəsində hökm çıxarılanların 55-60 faizi narkotiklə bağlıdır. Niyə? Niyə özlərini və ailələrini, cəmiyyəti, ətraflarını... zəlil günə salırlar? Axı narkotik qazanc gətirirsə, bəs onlar niyə nimdaş, lüt vəziyyətdədirlər? Həbs üçünmü bu əməlləri seçirlər???
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN