Novqorod vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları 1990-2000-ci illərdə rayonda fəaliyyət göstərən cinayətkar dəstələrin üzvlərini saxlayıblar.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
Bildirilir ki, altı yerli sakin müxtəlif dəstələrin üzvü olub və öz liderlərinin maraqları naminə beş qırğında iştirak ediblər. Böyük Britaniyada qrupların təşkilatçılarından biri Aleksey Neuk artıq cəza çəkir. Digəri Andrey Petrovski 2009-cu ildə dələduzluq və sahibkarın qətlinə görə beynəlxalq axtarışdadır.
Martın 15-də 6 quldurun mənzillərində axtarış aparılıb, onlardan silah və sursat götürülüb.
"Kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Valeri Rıbakov, Sergey Zabotin, Vladimir Mostyaev, Sergey Lukarjevski, Andrey Kozlov və İlya Borisov saxlanılıb", - İstintaq Komitəsi qeyd edib.
Cinayətkarlar quldurluqda və beş qətldə günahlandırılıb, bundan sonra onlar nəzarətə götürülüb.
E.ŞİRİNOV