Prokurorluq, daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin həyata keçirdiyi məqsədyönlü və koordinasiyalı tədbirlər nəticəsində Kərim Kərimli tərəfindən aralarında yaranmış mübahisə zəminində Zoyaxanım Rzayevanın xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Nizami Rayon Prokurorluğundan Tezadlar.az-a bildirilib ki, Kərim Kərimliyə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN