Müasir Rusiya tarixinin ən qəddar manyakı sayılan ömürlük azadlıqdan məhrum edilmiş Mixail Popkov Mordoviya 6 saylı islah koloniyasında (İK-6) olarkən yeni cinayətlər törətdiyini etiraf edib.

Avqustun 24-də bu barədə lenta.ru-ya Rusiyanın Mordoviya Respublikası üzrə Federal Penitensiar Xidmətinin İK-6 əməliyyat qrupunun detektivi polkovnik-leytenant Sergey Dyaşkin bildirib.

“Bizim İK-6-da Popkov iki cinayəti - 1997 və 1998-ci illərdə İrkutskda, Novo-Lenino mikrorayonunda törətdiyini etiraf etdi. Sonra o, sadəcə olaraq polisdə xidmət edib. Daha sonra, istintaq zamanı Popkov 2003-cü ildə törədilən üçüncü qırğından danışdı", - Dyaşkin deyib.

Polkovnik-leytenantın sözlərinə görə, Anqarsk manyak qurbanları o qədər də yaxşı xatırlamır - lakin o, cinayətlərin baş verdiyi şəraiti, xüsusən də avtomobillərlə bağlı olanları dəqiq xatırlayır: hansı avtomobili və harda sürürdü, qızı hara qoydu və hara getdi. Bu xüsusiyyət özünü göstərən kimi Popkovla işləmək asanlaşdı. Qızları hara apardığını, onlarla meyiti harda gizlətdiyini hələ də bilir və xatırlayır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN