Amerika Birləşmiş Ştatları Gürcüstanın keçmiş baş prokuroru Otar Partskaladze də daxil olmaqla Rusiya ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. ABŞ Dövlət Departamenti Otar Partsxaladzeni Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Gürcüstan cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir etmək üçün işlədiyi gürcü-rus oliqarxı adlandırıb. Dövlət Departamentinin məlumatına görə, Rusiya Xüsusi Xidmət Orqanının zabiti Aleksandr Onişenko ilə Partsxaladze partnyor fəaliyyətdə olublar. Onişenko Partskaladzenin Rusiya vətəndaşlığı almasına köməklik edib. Dövlət Departamentinin məlumatına görə, Partsxaladze rus kimliyinə tam yiyələnib və tez-tez Rusiyaya səfər edir. Onların hesabatlarına görə, Onişenko və Rusiya Federal Təhlükəsizlik Xidməti Partsxaladze üzərindən Rusiyanın xeyrinə gürcü cəmiyyətinə və siyasətinə təsir rıçaqlarından istifadə edib. Bundan əlavə, Rusiyada yerləşən, 50%-i Partsxaladzeyə məxsus olan iki şirkətə də sanksiyalar tətbiq edilib. Associated Press xəbər verir ki, ümumilikdə Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstandan olan 150-dən çox biznes və fiziki şəxsə qarşı sanksiya tətbiq edilib.

 Otar Partskaladze 2013-cü ilin noyabr-dekabr aylarında Gürcüstan baş prokuroru vəzifəsini icra edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN