Sankt-Peterburqun Kolpino şəhərində 12 yaşlı xokkeyçi komanda yoldaşları tərəfindən zorlanaraq xəstəxanaya yerləşdirilib.
Tezadlar.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan REN TV mənbəsi bildirib.
"Oktyabrın 9-da axşam saatlarında 2011-ci il təvəllüdlü oğlan xəsarətlə xəstəxanaya yerləşdirilib. Anası bildirib ki, oğlu məşq etdiyi xokkey klubunda dava zamanı uşaqlar tərəfindən zorlanıb", - mənbə bildirib.
Uşağın vəziyyəti qənaətbəxşdir və həkimlər tərəfindən müalicə olunur. Təfərrüatlar dəqiqləşdirilir.
Bundan əvvəl Sankt-Peterburqda bərbərxanada pedofilin 7 yaşlı uşağa təcavüz etdiyi bildirilirdi.
E.ŞİRİNOV