Bir çox fırıldaqçıların Azərbaycanda WhatsApp istifadəçilərini saxta hesablardan müxtəlif adlar altında  aldatması - kart hesablarını, şəxsi məlumatları ... ələ keçirmələri halları heç kəsə sirr deyil.

Belə fırıldaqların çoxu uduşla, lotereya oyunları ilə, bir sözlə WhatsApp istifadəçilərinin guya gəlir əldə edəcəkləri ilə bağlıdır. Hüquq-mühafizə orqanları hər zaman vətəndaşlara belə linklərə keçid etməmələri, inanmamağı tövsiyə edir. Hazırda Ermənistanın Azərbaycana bəslədiyi qatı revanşist hisslər fonunda isə belə mesajların sayı çoxalmaqdadır...

Son günlər bəzi istifadəçilərə +51 985 833 774 mobil nömrəsindən bu məzmunlu mesaj gəlməkdədir:

“Azərbaycanin ən böyük onlayn qumar platforması, qeydiyyatdan keçəndə 8 AZN bonus qazanacaqsınız. Əldə edə biləcəyiniz maksimum bonus 3888 AZN-dir. Ətraflı məlumat üçün vebsayta xoş gəlmisiniz. Veb sayt:yachtbet.club”, - deyə dələduzlar məlumatda qeyd edirlər.

WhatsApp istifadəçilərinə bu cür şirnikləndirici səhifələrə daxil olmamaq və dələduzların toruna düşməmək tövsiyə olunur.

 Qeyd edək ki, hazırda mesaj göndərilən +51 985 833 774 nömrə aktivdir.

votsap-firildaq-mesaj

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN