Şagirdə təlim- tərbiyə verən pedoqoqun tərbiyəsiz əməlinə nə haqq qazandırmaq olar?

Budur, Gürcüstanın Quriya bölgəsinin məktəblərdən birinin bədən tərbiyəsi müəllimi, orta yaşlı kişi 8-ci sinif şagirdinə qarşı seksual xarakterli hərəkətə yol verdiyinə görə polis tərəfindən saxlanılıb. Tezadlar.az Gürcüstan DİN-ə istinadla xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin müstəntiqləri də təstiqləyib. Polisə ifadəsi zamanı 13 yaşlı qız iki dəfə müəllimi tərəfindən zorakılığa məruz qaldığını bildirib. Məktəbli ifadəsində qeyd edib ki, 54 yaşlı müəllimi onu valideynlərini öldürməklə hədələyib. 13 yaşlı qız hadisəni sinif yoldaşlarına deməsindən sonra hadisə ictimailəşib.
 Daxili İşlər Nazirliyindən mətbuata verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 14 yaşına çatmayan şəxslə rəsmi statusdan istifadə edərək başqa xarakterli cinsi əlaqədə olmanı nəzərdə tutan 138-ci maddəsi ilə istintaq başladılıb.

İndi həmin müəllimin ləyaqətsiz hərəkətə nədən yol verdiyini düşünüb nəticə çıxarmaq üçün ən azı 10 il vaxtı olacaq... Təbii ki, həbsxanada...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN