16 yaşlı məktəbli sevgilisini və onun anasını bıçaqlayaraq öldürüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Yekaterinburq Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Ölənlər 1961-ci il təvəllüdlü qadın və 2009-cu il təvəllüdlü qızdır. Şübhəli şəxs 2007-ci il təvəllüdlü gəncdir", - hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.
Regional İstintaq Komitəsi hadisə ilə bağlı “Qətl” maddəsi ilə cinayət işi açıldığını bildirib. Şübhəli yeniyetmə artıq saxlanılıb və polis tərəfindən dindirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirir və ittiham irəli sürülməsi barədə qərar qəbul edirlər.
E.ŞİRİNOV