Bir ay əvvəl Sumqayıtda baş vermiş güllələnmə hadisəsində  2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdı...

Bu gün yaralılardan daha biri- Türkiyə vətəndaşı həyatını itirib. O, ötən ay Sumqayıtda silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı Sərkan Karakaşdır. S.Karakaş Türkiyədəki xəstəxanalardan birinə köçürülmüşdü. Qanlı hadisə isə oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində baş vermişdi və nəticədə odlu silahdan açılan atəşlə 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə yaralanmışdı...

Hadisənin motivləri DİN- nin rəsmi məlumatında qeyd edilmişdi və Sumqayıt şəhər Prokurorluğunda bu cinayət işi hələ də istintaq olunur. Və cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Müşviq Tağıyevin öldürülən şəxslərlə qonşu olduğu bildirilir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN