Dünən Bakının Səbail Rayon Məhkəməsi "Kanal 13" İnternet televiziyasının rəhbəri Əziz Orucovu 3 ay müddətinə həbs edib.

Vəkil Aqil Layıcın Turan-a verdiyi məlumata görə, Orucov cinayət işini jurnalist fəaliyyəti ilə əlaqələndirib, çünki onun əməllərində cinayət tərkibi yoxdur.  İstintaq Orucovu dövlətə məxsus olan torpaq sahəsində qanunsuz ev tikməkdə ittiham edib. Baxmayaraq ki, həmin ərazidə minlərlə ev tikilib, onların sahiblərinə qarşı isə heç bir iddia irəli sürülmür. Digər tərəfdən, torpaq dövlətin mülkiyyətidir, Orucova qarşı şikayəti isə bu torpaq sahəsi ilə əlaqəsi olmayan 11 vətəndaş verib. "Ümumiyyətlə, bu işdə heç bir kriminal yoxdur, dövlət orqanları maksimum tikilini sökə bilərdi", deyə vəkil qeyd edib. Onun sözlərinə görə, müdafiə tərəfi həbsdən apellyasiya şikayəti vermək niyyətindədir. 
Xatırladaq ki, Orucova qarşı 188.2-ci (mülkiyyət hüququ olmadan torpaq sahəsində özbaşına tikinti işləri aparma) maddə ilə ittiham irəli sürülüb. Bu maddə ilə o, 3 ilədək azadlıqdan məhrum oluna bilər.
Qanunsuz tikinti aparmaq ittihamına baxmayaraq, polis Orucovun mənzilində, maşınında və kanalın ofisində axtarış aparıb, 2 noutbuk, mobil telefon və əvvəlki cinayət işinin materiallarını müsadirə edib. Əziz Orucov bundan əvvəl də cinayət təqibinə məruz qalıb. 2017-ci ildə o, 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan cəzası yüngülləşdirilib və 2018-ci ildə o, vaxtından əvvəl şərti azadlığa buraxılıb.

İş üzrə istintaq isə davam edir...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN