Uqra sakini azyaşlı oğlunu döyərək öldürməkdə şübhəli bilinir. 39 yaşlı Lanqepas şəhər sakininə qarşı “Azyaşlının öldürülməsi” maddəsi ilə cinayət işi açılıb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Xantı-Mansiysk Muxtar Dairəsi - Uqra üzrə İstintaq İdarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, hər şey dekabrın 1-i axşam saatlarında Langepas şəhərinin Lenin küçəsindəki yaşayış binasının mənzillərindən birində baş verib. Sərxoş vəziyyətdə olan şübhəli azyaşlı oğlunun başına əlləri ilə dəfələrlə zərbə endirib.

Uşaq aldığı xəsarətlərdən yerindəcə keçinib.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulmuş cinayət (yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi) maddəsi ilə cinayət işi başlanıb”, - deyə regional qərargahın mətbuat xidməti məlumat yayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN