Rusiya Federasiyasında iş adamı Müdafiə Nazirliyinə keyfiyyətsiz qoruyucu geyim satmaqda və dələduzluqda ittiham edilir.

Moskvanın Basman Məhkəməsi xüsusi hərbi əməliyyat zonasında hərbçiləri keyfiyyətsiz gülləkeçirməzlər (bronejilet) ilə təmin etməkdə təqsirləndirilən “Piket ŞQ” MMC-nin baş direktoru Andrey Esipovu həbs edib.

Bu barədə məhkəmənin qərarında deyilir

“Təqsirləndirilən Andrey Sergeyeviç Esipov barəsində həbs-qətimkan tədbiri seçilərək, həbs müddəti 1 ay 30 gün, yəni 2024-cü il iyunun 3-dək müəyyən edilsin. Təqsirləndirilən A.S.Esipovun barəsində ev dustaqlığı növündə qətimkan tədbirinin seçilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinə imtina cavabı verilsin”, - sənəddə deyilir.

  İş adamı Rusiya Federasiyası CM-nin 159-cu mad. 4-cü hissəsi ilə - xüsusilə böyük miqyasda dələduzluqda ittiham olunur.

Həmçinin qeyd edir ki, Esipova qarşı “Müdafiə Nazirliyinin ehtiyacları üçün qoruyucu vasitələrin tədarükündə dövlət müqaviləsinin icrası zamanı pul oğurluğuna görə” cinayət işi də başlanıb.

  İş materiallarında deyildiyi kimi, söhbət keyfiyyəti Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən məhsullara olan tələblərə cavab verməyən xüsusi hərbi əməliyyat zonasında hərbçilər üçün 20 min gülləkeçirməz geyimlərin tədarükündən gedir.

“Kommersant” qəzetinin yazdığına görə, “Piket” Şirkətlər Qrupunun rəhbərinin vurduğu zərərin məbləği təxminən 2 milyard rubl təşkil edir. Esipovun özü isə dələduzluqda təqsirli olduğunu etiraf etməyib və məhkəmədə ona qarşı işin qondarma olduğunu bildirib.

Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən verilən məlumata görə, "Piket" ŞQ 2001-ci ildə yaradılmışdır.

  Təşkilatın əsas fəaliyyət sahəsi yaşayış və qeyri-yaşayış sahələrinin tikintisidir, lakin şirkət bir çox başqa sahələrlə, o cümlədən xüsusi geyimlərinin istehsalı ilə də məşğul olur.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN