Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini bir nəfərin onu aldadaraq hesabına 3935 manat ödətdirməsini bildirib.
TEZADLAR.AZ xəbər verir ki. bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polkovnik leytenant Elşad Hacıyev məlumat verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Mehdi Hüseynzadə müəyyən olunaraq saxlanılıb.
***
Daha bir dələduzluq hadisəsi ilə bağlı Səbail RPİ 9-cu Polis Bölməsinə məlumat daxil olub. Bakı şəhər sakini olan bir nəfərin 79 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən Təhmiras Nəcəfov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
***
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə isə rayon sakini olan bir nəfərin 100 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən Mahmud Həmidli müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Deprecated: implode(): Passing glue string after array is deprecated. Swap the parameters in /home/tezadlarga/domains/tezadlar.az/public_html/modules/mod_bt_contentslider/classes/content.php on line 148

Tezadlar Arxiv

İDMAN