booked.net booked.net  

DİN NBPİ-nin Xaçmaz st XPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xaçmaz şəhər sakini Aydın Hüseynovdan 295 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Taleh Əlimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a bildirilib ki, Aşağı Layısqı kəndində onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən, çəkisi 20 kiloqram olan 44 ədəd çətənə kolu aşkarlanıb. T.Əlimov narkotik tərkibli bitkiləri aprel ayında qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs çətənə kollarının kənardan görünməməsi üçün ətrafında bostan bitkiləri də becərib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Əlimov barəsində həbs qətimkan tədbiri seçilib.

***

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mosul kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 4 ton 870 kiloqram olan 9865 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

***

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində təşkil edən, əvvəllər məhkum olunmuş Mirsadiq Abdullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, M.Abdullayevdən ümumilikdə 4 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 100 ədəd metadon həbi aşkarlanıb.

 Araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Qarıqışlaq kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 6050 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

***

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı əcnəbi vətəndaşa narkokuryerlik edən rayon sakinləri Müqəddəs İsgəndərov və Ağarəhim Yolçuyev saxlanılıblar.

***

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 24 əməliyyat keçirib. Nəticədə, 26 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 9-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar. Əməliyyatlarla “qara bazar”-da dəyəri 3 milyon manat olan 165 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 9900 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc müqabilində əldə edərək müxtəlif ünvanlara yerləşdirməli imişlər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

***

Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini  Niyaməddin Lalayevin kultivasiya yolu ilə yetişdirdiyi 474 ədəd çətənə kolu aşkarlanıb götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN