Oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
TEZADLAR.AZ xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidmətindən məlumat verilib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Qeyd edək ki, İosif Zusyeviç Tkaç 13.07.1939 -cu ildə Bakıda anadan olub. Tkaç Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Bakı Kamera Teatrında çalışıb. 1995-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Xarici film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev) Rusiya) istehsalı olan serialda baş həkim rolunda çəkilib.
Nigarançılıq (1998, tammetrajlı film-tamaşa), Daşatan (2009, qısametrajlı bədii film), Döngələr (2012, bədii serial) filmlərinə rol alıb.
JASMİN