Gürcüstanda Marneuli Bələdiyyəsinin Baydar kəndində yaşayan iş adamının evinə əl qumbarası atılıb.

TEZADLAR.AZ xəbər veriri ki, cinayət hadisəsi bu gün gecə saatlarında baş verib.

24News.ge xəbər portalına daxil olan məlumata əsasən, mövcud məlumata görə, hadisədən öncə naməlum şəxslər iş adamından müəyyən miqdarda pul tələb ediblər. O isə bundan imtina edib. Bu gün gecə saatlarında iş adamının evi əvvəlcə odlu silahdan atəşə tutulub, daha sonra isə həyətə əl qumbarası atılıb. Yerli əhalinin verdiyi məlumata görə, hadisə zamanı evə ziyan dəysə də, lakin xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başladılıb. Xəbər portalımız məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən əlavə məlumat almağa çalışır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN