Paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə məlumat daxil olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb. Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN