Övlad qatili olmaq ən ağır günah və cinayət sayılır...

Elə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi də övladını öldürən Türkiyə vətəndaşına bu əmələ görə hökm oxuyub. Tezadlar.az bildirir ki, Ahmet Turan Yeşil 20 il müddətinə azadlıqdan məhrum edilib. 

İttiham AKT-ına görə, 2024-cü ilin martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla 1984-cü il təvəllüdlü A.T.Yeşilin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, A.T.Yeşil prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Bu gün oktyabrın 30-da isə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə A.T.Yeşilin cinayət işi üzrə məhkəmə davam etdirilib. Dövlət ittihamçısı onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə qatil atanı 20 il müddətinə azadlıqdan məhrum edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN