booked.netbooked.net booked.net  

“Freedom House” yezidi hüquq müdafiəçisinə görə Ermənistana çağırış edib.

 “Freedom House”un “Twitter” səhifəsində Ermənistanda dövriyyəyə qoyulmuş ən son qanun layihələrinə istinad var. (ordu.az)

“Biz söz və media azadlığına qarşı qəbul edilmiş qanun layihələri, o cümlədən “ağır təhqir”i cinayət hesab edən qanun və yezidi hüquq müdafiəçisi Saşik Sultanyana qarşı cinayət işindən narahat olmaqda davam edirik. “Freedom House” bir daha Ermənistanı Sultanyana qarşı təqibləri dayandırmağa və söz azadlığına təhlükə yaradan qanun layihələrini ləğv etməyə çağırır”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Ermənistandakı yezidi icmasının hüquqlarını dəstəkləyən Saşik Sultanyan etnik və dini ədavəti qızışdırmaqda ittiham olunur.  O, Yezidinews.am saytına Ermənistandakı yezidilərin problemləri ilə bağlı müsahibə verib. Ermənistan Milli Təhlükəsizlik Xidməti ötən il həmin müsahibəyə görə ona qarşı cinayət işi qaldırıb. Saşik Sultanyanın “günahı” sübuta yetirilərsə onu 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Ermənistanda erməni millətçiləri üçün “Ermənistan yalnız ermənilər üçündür” prinsipi hökm sürür. Ermənistanda etniklər illərdir ki, diskriminasiyaya məruz qalıblar. Hazırda Ermənistan monoetnik ölkə sayılır.

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN