"Bəzi insanlar yayılan yalan - guya Amerikalı iş adamı İlon Maskın 2013-cü ilə aid 1 dollarlıq əskinasları...
bitkoinlə dəyişəcəyi haqqında - məlumatlara aldanaraq əllərində olan 1 dollarlıq əskinasların Mərkəzi Bankın elan etdiyi məzənnədən daha dəyərli olduğunu düşünərək və ya elə olmadığını bilə-bilə dələduzluq məqsədi ilə bu əskinasları dəyərindən dəfələrlə yuxarı qiymətə müxtəlif satış platformalarında satmağa çalışırlar. Digərləri isə bu əskinasların dəyərli olduğunu düşünərək bunları almağa həvəs göstərir. Bu, qətiyyən yol verilməzdir".
Tezadlar.az xəbər verir ki, bunu marja.az-a investisiyalar üzrə ekspert Orxan Bağırov bildirib. Həqiqətən də gülməlidir. Ekspert qeyd edib ki, valyuta mübadiləsi lisenziyalı fəaliyyət növüdür və onun lisenziyasız açıq və ya gizli satışı qanunla qadağandır: "Bu, vergi qeydiyyatı tələb edən sahibkarlıq növüdür və əks halda fəaliyyəti qanunla qadağandır. İnsanlar satış edərkən bu əskinasların dəyərli olduğunu iddia etdiyi üçün bu, hüquq-mühafizə orqanları tərəfindən dələduzluq kimi də qiymətləndirilə bilər, hansı ki bu da öz növbəsində qanunla qadağandır. Vətəndaşlarımızı diqqətli olmağa və belə spekulyasiyalara inanmamağa çağırıram".
Həqiqətən də maraqlı məsələdir. Əgər rəsmi təsdiqini tapmayan məlumatdırsa, bunu necə realizə etmək və inanmaq olar?
Sevinc MURADXANLI