...Dələduzluğun da, dələduzların da vətəni olmur! Bir çoxları üçün isə bu sadəcə, ehtiyacdan deyil, vərdişdən, şakərdən... baş verir. Bilə-bilə ki, bu əməlin sonu azadlıqdan məhrumedilmədir, böyük hüquqi məsuliyyətdir...

Amma nə edəsən ki, belə əməl sahibləri heç nədən, hətta qanunlardan və həbsdən belə çəkinmir. Baş Prokurorluğun Mətbuat Xidmətindən də "Təzadlar"a verilən məlumatda bildirilir ki, belə əməl sahiblərindən birinin- vəzifəli şəxslərə hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən sosial media istifadəçisi barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir... "Sosial şəbəkə və informasiya resurslarının imkanlarından sui-istifadə edərək ayrı-ayrı şəxslərin şəxsi toxunulmazlıq hüququna qəsd edən Hacıyev Bayram Nazim oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.  Aparılmış istintaq tədbirləri ilə Bayram Hacıyevin ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərin onlar barəsində həqiqəti əks etdirməyən rüsvayedici məlumatların “Youtube” video paylaşım platforması və “Facebook”  sosial şəbəkəsində yaratdığı şəxsi səhifələrində  yayımlayacağı ilə hədələyib sonunculardan müxtəlif məbləğlərdə pul vəsaitini tələb edib almasına əsaslı şübhələr müəyyən edilmişdir".

 Bayram Hacıyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təbii ki, məhkəmə mümkün cəzanı verəcək. Lakin bu cəza B.Hacıyevin islah olunmasına yetərli olacaqmı? Çünki kriminal statistika da sübut edir ki, il ərzində ölkə üzrə törədilən dələduzluq və narkotiklərlə bağlı cinayət hadisələrinin az qala yarısı təkrar törədilib. Yəni, həbsə düşür, cəzasını çəkib azadlığa çıxır, amma həbsxana üçün darıxdığından yenidən eyni əməli törədib təkrarən məhkəmə qarşısına çıxarılır...

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN