...Qısqanclıq zəminində törədilən cinayətin demək olar böyük əksəriyyəti maddi sübutlara deyil, psixoloji aspektlərə əsaslanmış olur.
Bunu kriminal statistika da təsdiqləyir... Məsələn, Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumata görə, 17 oktyabr 2021-ci il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovaya xəsarətlər yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu, 1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Bənövşə Nəcəfovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etmişdir. Rövşən Nəcəfov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bir müddət sonra məhkəmənin hökmü elan ediləcək, amma azadlıqdan məhrumetmə cəzası veriləndən sonra qısqanc-məhkum Rövşən Nəcəfovun yaşayacağı məşəqqətlər buna dəyərdimi? Suala cavab tapmaq üçün qarşıda uzun illər olacaq, amma artıq gec olacaq...
A.Məmmədli