Dekabrın 10-da Moskvada keçirilən xarici işlər nazirlərinin müavinləri səviyyəsində "3+3" formatında regional məsləhətləşmələrin ilk iclasında Türkiyəni nazir müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Pin It

Ermənistan Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində itkilərinin olduğunu etiraf edib.

Pin It

Kazan Federal Universitetinin psixologiya və təhsil İnstitutunun dosenti Ramil Qarifullin /ruspravda.info/ saytında Bill Qeyts barədə maraqlı məqalə yerləşdirib. Mövzunun aktuallığını nəzərə alaraq, məqalənin Azərbaycan dilində tərcüməsini veririk.

Pin It

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni qərar imzalayıb. Belə ki, bundan sonra Türkiyənin ixrac etdiyi məhsullar üçün “Made in Turkey” deyil, “Made in Türkiye” ifadəsi işlədiləcək.

Pin It

“Azərsu”dakı yoxlamaların hamısı burada Baş İdarə rəisi vəzifəsini tutmuş Yaşar Kəlbiyevin üzərinə gedir...

...”Təzadlar”ın ötən saylarında Azərbaycan Dövlət İqtisad Universitetindəki bir əldə 2 də yox, 3 qarpız tutan professor Yaşar Kəlbiyev müəmması barədə yazmışdıq. Məsələ ondadır ki, Yaşar Kəlbiyev vaxtilə ADİU rektoru Ədalət Muradovla Prezident yanında AAK-da bir yerdə çalışıb... Bu dostluq münasibəti sonradan Y.Kəlbiyevin ADİU-ya vacib vəzifəyə gətirilməsi ilə sonunclandı. Olsun, necə deyərlər, kor nə istər - iki göz, biri əyri, biri düz! Amma Kəlbiyevin ADİU-ya gəlişindən az sonra universitetdə Magistratura təhsilində vacib məqamlar nəinki kor qoyuldu, eləcə də əyri işlər üzə çıxdı.

 Bir əldə 1 deyil, 2 və hətta 3 qarpız tutma xəstəliyi...

 Artıq əvvəlki yazılarda qeyd olunduğundan bu dəfə qısaca olaraq bildirək ki, Yaşar Kəlbiyevin əsas iş yeri, yəni tam ştatla “Azərsu” ASC-nin İqtisadiyyat və Uçot İdarəsidir. Bu, atalarımızın nişan verdiyi 1 qarpız!

2-ci qarpız: Yaşar Kəlbiyev həm də “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutunun direktorudur! Bu vəzifə də tam ştatdır!

3-cü qarpız: Yaşar Kəlbiyev həm də ADİU-nun  Beynəlxalq Magistr və Doktorantura Mərkəzində məxsusi yaradılmış “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiridir...

İndi sual yaranır: “Azərsu”da iki mühüm rəhbər vəzifə tutan (hələ çoxsaylı başqa statuslu vəzifələri də var) Yaşar Kəlbiyev Azərbaycan Dövlət İqtisad Universitetində pedoqoji fəaliyyətini necə çatdıra bilər??? İnsafən, rektor Ədalət Muradov minbir əziyyətlə universiteti ağ günə çıxarmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq, narazı professor və müəllimlərlə dil tapmağa çalışır, bu tərəfdən də Yaşar Kəlbiyevin Baş Prokurorluq və DTX tərəfindən aparılan yoxlamalarda özünü ADİU-nun professoru, görkəmli iqtisadçı alimi kimi təqdim edir. Sabah həmin yoxlama briqadası ADİU-ya gəlsə, nələr üzə çıxacaq, hamı bilir. Yəni, niyə də rektor Ədalət Muradov durduğu yerdə ağrımayan başına buz bağlamalıdır?

 

 Yersiz sual olsa da, verməliyik: “Azərsu”da iş vaxtı 09:00-dan 18:00-dək olan Yaşar Kəlbiyev neçə yerə parçalanmalıdır ki, həm ordakı vəzifəsini yola versin, həm institut direktorluğunu, həm də ADİU kafedra müdirliyini?!

Ötən gün “Azərsu”dakı mənbə “Təzadlar”a maraqlı məlumat verib. Məlum olur ki, ölkənin hüquq mühafizə orqanlarının “Azərsu”da apardığı ciddi yoxlamalar artıq sensasion maxinasiyalarla qarşılanıb. Məsələn, məlum olur ki, sən demə, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru kimi Yaşar Kəlbiyev milyonların silinəcəyi işlərin layihəsini hazırlayıb, sonra özü də ayrılan pul vəsaitlərinin xərc istiqamətini “Azərsu” ASC-nin İqtisadiyyat və Uçot İdarəsinin rəhbəri kimi müəyyənləşdirirmiş. Yəni, “Sam deşurnıy, sam dnivalnıy”! Başqa sözlə, öz əli, öz başı! Nə istəyirmiş edirmiş. İndi isə yoxlama briqadasına deyb ki, guya həmin sənədlərdə onun imzası yoxdur...

Budur, “Azərsu”dakı mənbə bizə bir sıra sənədlərin fotosurətini göndərib. 2015-ci ildən 2020-ci ilədək olan maliyyə ilini əhatə edən həmin maliyyə sənədlərini məhz Yaşar Kəlbiyev imzalayıb...

Ən diqqəti çəkən məqam isə budur ki, imzalanan sənədlərdə rəqəmlər qəpik-quruş deyil: 2015-ci ildə-  653,246 milyon manat, 2018-ci ildə 918,625  milyon, 2019-cu ildə 911,937 milyon, 2020-ci ildə isə 1 milyard 837 min manat!!! (Sənədlərin fotosurəti təqdim edilir).

Borc içində üzən “Azərsu” və yüksək vəzifəli məmurların bahalı villa və mülkləri...

 Mənbənin söylədiyinə görə, hazırda “Azərsu”da aparılan yoxlamalarda bir çoxlarının vəziyyəti “russcadır”. Yoxlama briqadası tərəfindən dindirilən və vəziyyəti “rusca” olanlar isə “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru Səid Salayev, Sədrin müşaviri-Hüquq departamentinin rəisi Faiq Kazımov, Magistral Su Kəmərlərinin Mühafizəsi idarəsinin rəisi Rafiq Əsədov, Maliyyə İdarəsinin rəisi Yaşar Kəlbiyev, “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov (sabiq sədr Qorxmaz Hüseynovun yaxın qohumu),  “Azərsu”ASC-nin Nəzarət Ölçü Cihazları idarəsinin rəisi EyvazHüseynov (Qorxmaz Hüseynovun qardaşı oğlu, əvvəllər də Anbar Təsərrüfatı İdarəsinin rəisi olub) və nəhayət, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov... Mənbə onların maliyyə dosyelərini də təqdim edib...

“Azərsu”yun Dünya Bankına borcu niyə artmaqda davam edir?- Kəlbiyev hara baxırmış?

“Təzadlar”ın Azərbaycan Dövlət Statistika Komitəsindən əldə etdiyi rəsmi rəqəmlər acı təəssüf hissi doğurur. Məlum olur ki, “Azərsu” ASC-nin üzərinə faiz hesablanan kredit və borc öhdəliyi 2021-ci ilin yanvarın 1-nə 264,761 milyon manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,15% çoxdur. Hesabat dövründə “Azərsu”yun Maliyyə Nazirliyinə borcu 17,55% artaraq 128,433 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 13,6% artaraq 66,304 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 2% azalaraq 38,785 milyon manat, Dünya Bankına borcu 39,8% azalaraq 14,676 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu 6,5% artaraq 16,49 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borcu isə dəyişməyərək 73 min manat olub. Və “Azərsu”yun borclarını isə nə səbəbdirsə, Azərbaycanın Maliyyə Nazirliyi faizsiz hesablayıb. Amma KfW illik 0,75%-lə, “Natixis” illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə, ABB isə illik 1%-lə verib.

Yersiz sual deyil yəqin ki, bəs niyə Maliyyə Nazirliyi hətta fermerlərimizə, vətəndaşlara belə krediti ikiqat faizlə verir. Hansı ki, fermer məmurlarımıza taxıl, yağ, pendir, quzu, pomidor-xiyar, meyvə... yetişdirir, “Azərsu” isə borc istehsalı ilə məşğul olur, iri məmurları da özlərinə mülk tikir, bir də qara gün üçün pul toplayır...

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN