Dünən noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammiti çərçivəsində

Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) üzrə üçtərəfli saziş imzalanıb. İmzalanma hər üç ölkənin prezidentinin iştirakı ilə baş tutub. Şana agentliyinin məlumatına görə, İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük ediləcək. Çatdırılmalar dekabrın 22-də başlayacaq.   Azərbaycanın bu qazdan nə üçün istifadə edəcəyi barədə məlumat verilmir. Rəsmi Bakı bu sövdələşmənin bağlanması və onun şərtləri barədə hələlik açıqlama verməyib. Öz növbəsində İran mətbuatı müqavilənin Azərbaycan və İran prezidentləri arasında danışıqlar başa çatdıqdan sonra imzalandığını yazıb. 

Bir müddət əvvəl Ermənistanın səfirinin İrandakı Şuşa (Şuşi) şəhərinə ziyarətindən yazan İRNA indi də İran-Azərbaycan arasında bağıanmış qaz müqaviləsindən gen-bol yazmaqdadır. Zaman öz sözünü dedi. İndi İran siyasətçiləri və mollaları düşünsün ki, bəs İranla Ermənistan arasında hansı belə strateji bağlantılara yer qalıb? Ermənistanın nəyi var ki?! Heç özünü dolandıra bilmir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN