Bu gün Azərbaycandan kənarda yaşayan dəyərli ziyalımız, Böyük Türk Qurultayının Çağrılması üzrə Beynəlxalq Çağrı Komitəsinin sədri, Konstitusiya hüququ və Beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis İbrahimxəlil Balayoğulları «Təzadlar» qəzetinin qonağı oldu.

İbrahimxəlil bəy redaksiyamızın iş fəaliyyəti ilə tanış oldu, həmçinin qəzetin bazasında yaradılmış «TEZADLAR TV»nin iş prinsipini yaxından izlədi, yaradıcı heyətə uğurlar arzuladı.  İbrahibxəlil bəy ciddi tarixi və elmi araşdırmalarının məhsulu olan faktlarla Azərbaycanı dünyada tanıda bilən diaspor rəhbəridir, türk dünyasına aid geniş etno-tarixi araşdırmalar aparan alimdir. Qərara aldıq ki, İbrahimxəlil bəy sabah saat 13:00-da «TEZADLAR TV»nin canlı efirində qonağımız olsun.

İnanırıq ki, dəyərli ziyalımızın söhbəti hər bir vətənsevər insanlarımız üçün olduqca maraqlı olacaq.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN