Ekologiya və Təbii Sərvətlər Nazirliyi ənənəsinə sadiq qalaraq bu dəfə də Abşeronun zeytun bağlarına jurnalistlərin mediaturunu təşkil edəcək...
Jurnalistlər günün ikinci yarısında Abşeronun Hövsan-Türkan qəsəbələri ərazisindəki zeytun bağlarında bu ilin məhsul toplanışı mövsümünün açılışında iştirak etməkdən əlavə, özləri də zeytun yığımında bağbanlara kömək edəcəklər. Nazirliyin rəhbər heyətinin və zeytun bağçılığı mütəxəssislərinin iştirakı ilə baş tutacaq zeytun yığımı mövsümünün açılışında jurnalistlərə Abşeronda salınmış yeni sort zeytun başlarının ümumi sahəsi, eləcə də zeytunun ərzaq məhsulları sırasında olan əhəmiyyəti, ən vacibi, zeytun bağlarının Abşeronun quru və isti hava iqlimi şəraitində ekologiyamızda oynadığı vacib rolundan söz açılacaq.
"Təzadlar"ın əməkdaşlarının da qatılacağı mediaturdan geniş reportaj canlı olaraq yayımlanacaq.
A.Məmmədli