Ermənistan və Rusiya mətbuatının feyk məlumatlarına cavab olaraq, artıq Azərbaycanın Kəlbəcər bölgəsində gizirimizin şəhid olması ilə nəticələnmiş təxribatın sirləri açılır.

Belə ki, dünən iyulun 23-də, saat 16:00 radələrindən Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər bölgəsində atışma baş verib, gizirimiz şəhid olub. Məlum olur ki, saat 16:00 radələrində Basarkeçərdə yerləşən erməni postuna 2 mülki avtomobil yaxınlaşıb. Maşınlarla gələn erməni “volontyorları” hərbçilərlə dialoqa giriblər. Az sonra yaxınlıqda yerləşən Azərbaycan postuna atəş açılıb və gizir Fərman Yaqublu snayper gülləsinə tuş gəlib. Cavab atəşi ilə təxribatı törədən erməni postu məhv edilib: erməni tərəfində ölən və yaralananlar var. Bunu qarşı tərəf nə qədər gizlətsə də və Rusiya sülhməramlıları gözünü nə qədər bağlayıb, qulaqlarını tutsa da, artıq hər şey gün kimi aydındır. 

Ən pisi odur ki, bölgəyə sülhməramlı adı ilə gələn Rusiya sülhməramlıları baş verənləri ATƏT-in bibec Minsk Qrupu kimi seyr edir. Nə vaxta kimi? Hansı ki, 2020-ci ilin 10 noyabr Razılaşmasına görə, Azərbaycan istənilən vaxt bu saxta sülhməramlılıqdan imtina edə bilər. Necə ki, özü 30 illik müharibə vəziyyətinə və Ermənistanın işğalına son qoydu, Qarabağa sülh gətirdi.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN