İyulun 12-də Fransa prezidenti Emmanuel Makron COVID-19-un yayılmasının qarşısını almaq üçün bir sıra yeni məhdudlaşdırıcı tədbirlərə başlanılması barədə göstəriş verib. Barlarda, restoranlarda, uzun məsafəli qatarlarda və təyyarələrdə COVID-19-la bağlı peyvənd olunma və ya mənfi test nəticəsi göstərən sanitar pasportlardan istifadə təcrübəsi genişləndirilib.

Amma Fransa xalqı Makronun bu məhdudlaşdırıcı tədbirlərinə etirazını bildirmək üçün küçələrə axışır.Fransanın müxtəlif əyalətlərində, Parisin özündə çox saylı mitinqlər keçirilir və əhali bu məhdudiyyətlərin ləğv edilməsinin tələb edir.

“BFMTV” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb ki, Fransada sanitar pasportların tətbiqinə qarşı təşkil olunmuş nümayişlərdə ümumilikdə 237 mindən çox etirazçı iştirak edib, təkcə Parisdə bu cür aksiyalara 17 mindən çox iştirakçı qatılıb.

Paytaxtda təxminən 17 min insanın iştirak etdiyi genişmiqyaslı nümayiş sakit və çoxsaylı polis əməkdaşlarının nəzarəti altında keçib. Bu cür məhdudlaşdırıcı tədbir əleyhdarlarının yürüş marşrutunun son nöqtəsi Şatle meydanı olub.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA