"Simasız s"Arsax"ın siması..." Azərbaycan bayrağı uzun illərin hərbi-siyasi qalmaqallarından sonra Xankəndidə dalğalandı... Bu, Azərbaycanın Qarabağda həm də de-fakto suverenliyinin bərpası demək idi. Çünki Rusiya hələ çarizm dövründən Qarabağı erməniləşdirməklə gələcəyə hesablanmış problem yaşatmaq istəyirdi Azərbaycana... İndi Xankəndi və ətraf ərazilərdə ermənilərin 30 illik işğal dövründə dağıdıb viran qoyduqlarını bərpa etmək, özlərindən uydurduqları "mədəni abidələr"i yer üçündən silmək lazım gəlir. Tarixi saxtalaşdıranlara bundan dəqiq və sərrast cavab da yoxdur... Elə Xankəndinin girişində ermənilərin hələ Sovetlər dönəmində yaratdıqları "Nənə-baba" abidəsi kimi...
***
Tanınmış yazıçı-jurnalist Akif Əli bu abidə ilə bağlı maraqlı status paylaşıb Sitat: "...Təxminən 20 gün əvvəl burda, FB səhifəmdə Qarabağdakı erməni "Nənə-Baba" abidəsinin fotosunu paylaşıb yazmışdım ki: "Müzakirə yeri deyil. Status kimi, bu mənasız idbar əşya da cəhənnəmə vasil olmalıdır. Bundan sonra müqəddəs Qarabağ torpağında murdar düşmənin izi-tozu da qalmasın gərək!" Əksəriyyət, bu təklifə "hə" dedi, onun yığışdırlmasının vacibliyi fikri ilə razılaşdı. Amma bəziləri də oldu ki, bu abidəni qorumağa başladı, yazdılar ki, ona toxunmayın, çünki guya onu "sovet vaxtı biz tikmişik", "bizim pulumuzla tikilib", qədim "türk-qıpçaq" rəmzidir və s. və i. Hələ başqa s"Arsax"vari fikirləri demirəm... Belələrinin daha dolğun informasiya almaları üçün, həmin müdafiəçilər indi də bu yeni banerə baxsınlar. Və Qarabağdakı "Nənə-Baba"nın həqiqətən düşmənlərimiz üçün s"Arsax"ın siması" kimi rəmzi məna daşıdığını bir daha görsünlər. Görmək istəsələr, təbii...".
Bəli, görmək istələr! Qarabağda erməni nişanəsini görmək istəyənlərin də cavabı bir gün veriləcək...
A.Məmmədli