Tezadlar.az bir daha bildirir ki, Fransanın siyasi hakimiyyətinin, başda Makron olmaqla, Ermənistanın tarixi məğlubiyyətlərinə və rəzil günə qalmasına dözə bilməməsi səbəbindən indi də Fransa mətbuatında

guya AzərTAC-ın əməkdaşlarının Yeni Kaledoniyaya Fransadakı olmayan  sabitliyi pozmaq üçün göndərildiyi, hətta onların “casus” olması və s. barədə feyk məlumatlar yazılmaqdadır... Təbii ki, bu erməni düşüncəsinin məhsuludur. Amma tarixdə saxtakar kimi ad qazanmış 2-3 milyonluq Ermənistan əsillilərin 67 milyonluq Fransanı barmağına dolaması olduqca gülməlidir... Makronu axmaq yerinə qoyan ermənilərin bu hərəkəti başqa ölkələrdə təkrarlana bilməz. Çünki həmin ölkələrdə Makron kimi səfeh prezident yoxdur, ölkəni də ağıllılar idarə edir.

***

Azərbaycan Mətbuat Şurası da Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı aparılan kampaniyanı pisləyən bəyanat yayıb. Tezadlar.az bildirir ki, bəyanatda  Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı kampaniyanın aparılması yolverilməz hesab edilib. Sitat: "Fransa mediasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına qarşı aparılan qarayaxma kampaniyası bütün etik qaydalara və dəyərlərə zidd miskin davranışdır. Bu cür qəbuledilməz yanaşma tərzi söz azadlığının məhdudlaşdırılmasına uğursuz bəraət qazandırmaq istəyindən, cılızlıqdan başqa bir şey deyil. Məlum olduğu kimi, AZƏRTAC-ın əməkdaşı Aygün Hüseynova bu il dekabrın 3-də yerli əhalinin azadlıq hərəkatını işıqlandırmaq üçün fransız müstəmləkəsi Yeni Kaledoniyaya ezam edilmişdi. Lakin hava limanında onun əraziyə girişinə imkan verilməmiş, guya vizasının olmaması bəhanə gətirilmişdi. Jurnalist həbslə hədələnərək, üçüncü ölkəyə yola salınmışdı. Belə qanunsuzluq əməli Azərbaycan mediasında ciddi narazılıq doğurmuş və ölkəmizin media qurumları etiraz bəyanatları yaymışdılar. Görünür, bütün bunlar, həmçinin Yeni Kaledoniyadakı yolverilməz davranışın dünya mediasında geniş əks-səda doğurması Fransanın hakim dairələrini “arqument” axtarışına sövq edib. AZƏRTAC-ın əməkdaşlarına qarşı “qara piar” kampaniyasının aparılmasını, onlara “casus” damğasının vurulmasını yalnız bu cür qiymətləndirmək mümkündür.  Yeni Kaledoniya polisinin bunu nəzərə almaması, jurnalistlərimizin fəaliyyətlərinə süni əngəl yaratması fundamental insan hüquq və azadlıqlarının tərkib hissəsi sayılan söz azadlığına aşkar sayğısızlıqdır. Nəzərə alaq ki, jurnalistimizə qarşı haqsızlıq Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa tərəfindən də pislənilib, media təmsilçilərimizə dəstək ifadə olunub. Belə bir durumda Fransa mediasında azərbaycanlı jurnalistləri gözdən salmaq cəhdi bir daha təsdiq edir ki, ölkə hökuməti özünün despotik mahiyyətini ört-basdır etmək niyyətindədir. Məqsəd bəllidir: müstəmləkə boyundurğunda olan xalqlar, o cümlədən Yeni Kaledoniya xalqı ilə bağlı həqiqətlərin yayılmasının qarşısını almaq. Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşlarına qarşı Fransa mediasında aparılan qarayaxma kampaniyasını, təxribat xarakterli bilgilərin yayılmasını qətiyyətlə pisləyir. Şura bunu anti-demokratik addım, azad sözə münasibətdə dözümsüzlük sayır və bildirir ki, belə yanaşma həm etik dəyərlərə, həm də Fransa dövlətçiliyinin tarixi mütərəqqi mahiyyətinə ziddir. Çox təəssüf ki, ölkənin hazırkı Prezidenti Emmanuel Makron və onun avtokratiyaya yuvarlanmış administrasiyası söz azadlığı müstəvisindəki primitiv siyasi oyunların ölkəyə vurduğu zərəri düşünməyəcək qədər iflic vəziyyətdədir. Şura dünyanın media ictimaiyyətini Fransa hakimiyyətinin yolverilməz əməllərinə münasibətdə həmkar təəssübkeşliyinə, etiraz səsini ucaltmağa çağırır".

Bəli, Azərbaycan atalar məsəlində deyilir: "Elçisi Gülüm olanın başına külüm olar...". Açması belədir: "Prezidenti Makron kimi səfeh olan ölkənin başına kül olmayıb, nə olacaq ki?!".

Fransızlar gec də olsa ayılmalıdır... 2-3 milyonluq Ermənistanın feyk məlumatları ilə 67 milyonluq Fransanı bu cür saxtakarlığın qurbanı edirlərsə, daha nə deyək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN