Sosial mövzular üzrə ekspert Elçin Bayramlı özünün sosial platformasında belə bir suala cavab axtarıb...
Təbii ki, mobil informasiya daşıyıcısı olan sosial şəbəkələr, internet və elektron media formaları ənənəvi qəzetçiliyi kölgədə qoyur. Lakin bu o demək deyil ki, qəzetləri bağlayıb arxivə göndərmək lazımdır. Çünki peşəkar formada hazırlanan qəzetlər gələcəyə hesablanmış arxiv materiallarının daşıyıcısıdır... Bütün hallarda, yazılı (ənənəvi) qəzet və kitab arxivdir... Amma bu başqa məsələdir ki, qəzet gələcəyə hesablanmış arxivin daşıyıcısıdırmı?
İndi qəzetlərə baxırıq, elə mənasız yazılar çap edirlər, yaxud AzərTAC-ın materiallarını dərc etməklə ömürlərini maklaturaya məhkum edirlər... Ya da mənasız ekspertlərin dedi-qodularını yayırlar... Ciddi materiallar isə olduqca azdır... Məsələn, "Azərbaycan" qəzeti Parlamentin bülleteni kimi buraxılsa, daha məqsədəuyğundur. Türkiyədəki kimi. Bildiyim qədər, MM-də bu barədə düşünürlər...
Uzun sözün qısası, Azərbaycanın bu gününün vacib tarixi hadisələrini yüz illər sonra elektron mediada axtarıb tapmaq hələki nisyə məsələdir, amma qəzet-ənənəvi çap materialları bu məsələdə yeganə etibarlı mənbədir...
A.Məmmədli